Zayam Technologies Park OJSC Zayam Technologies Park OJSC

Zayam Technologies Park OJSC

IT

Qaynaq üzrə mühəndis (mütəxəssis)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Qaynaq üzrə mühəndis (mütəxəssis)

  • Истекает 19 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

AZMADE GROUPA daxil olan "Zəyəm Texnologiyalar Parkı" ASC  “Qaynaq işləri üzrə mühəndis” axtarışındadır.

Tələblər:

  • Təhsil: Ali/texniki peşə
  • İş təcrübəsi: 2  il ( Metal konstruksiya  və bənzəri sahədə)
  • Dinamik, korporativ iş mühitini bilən, komanda ilə işləməyi bacaran

İş öhdəlikləri:

  • Qaynaq işlərinin icrasına texniki rəhbərlik edilməsi
  • Qaynaq işlərinin yerinə yetirilməsi və onların keyfiyyətinin yaxşılaşdırılması zamanı əmək sərfinin azaldılmasının təmin edilməsi.
  • Yeni qaynaq avadanlığının tətbiqi, texnologiyanın təkmilləşdirilməsi, zay olmanın aradan qaldırılması və işlərin keyfiyyətinin yüksəldilməsi üzrə işlərin aparılması.
  • Metal konstruksiyaların istehsalında qaynaq proseslərini düzgün və keyfiyyətli şəkildə yerinə yetirmək.
  • Qaynaq işlərinin texnoloji standartlara və layihə tələblərinə uyğun şəkildə yerinə yetirilməsini təmin etmək.
  • Qaynaq üçün istifadə edilən metal və digər materialların keyfiyyətini yoxlamaq, uyğunluğunu təmin etmək.
  • İstehsalat sahəsində işçilərin təhlükəsizliyini təmin etmək, qaynaq prosesləri zamanı təhlükəsizlik tədbirlərini yerinə yetirmək.
  • Qaynaq işlərinin düzgün planlaşdırılması, zamanında yerinə yetirilməsi və effektiv iş axınının təmin edilməsi.
  • Qaynaq işlərinin keyfiyyətini daim nəzarətdə saxlamaq, işin yekununda keyfiyyət yoxlamalarını həyata keçirmək.
  • Gündəlik və həftəlik iş planları barədə rəhbərliyə hesabatlar təqdim etmək.
  • Yeni işçilərin təlimatlandırılması və onlara qaynaq işləri ilə bağlı biliklərin ötürülməsi.
  • Qaynaq texnologiyalarında baş verən yeniliklərdən xəbərdar olmaq və bu yenilikləri istehsalata tətbiq etmək.

İş şəraiti

  • İş qrafiki: 5 günlük iş rejimi
  • 08:00-17:00 iş saatları
  • 12:00-13:00 nahar fasiləsi
  • İş yeri: Şəmkir rayon, Zəyəm qəsəbəsi

Tələblərə uyğun olan namizədlər öz CV-lərini başlığa “Qaynaq işləri üzrə mühəndis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına yazaraq göndərə bilərlər.

Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly475
  • Monthly1605