Tələblər:
- Təhsil: orta/texniki peşə
- İş təcrübəsi: Qaynaqçı 2 il ( Metal konstruksiya və bənzəri sahədə)
- Dinamik, korporativ iş mühitini bilən, komanda ilə işləməyi bacaran
İş öhdəlikləri:
- Metal konstruksiyalarının qaynaq işlərini düzgün və təhlükəsiz şəkildə həyata keçirmək.
- Müxtəlif metal hissələri düzgün qaynaq metodları ilə birləşdirmək.
- Qaynaq prosesinin texniki sənədlərinə uyğun olaraq işləri yerinə yetirmək.
- Qaynaq işlərinin dəqiq, davamlı və yüksək keyfiyyətli olmasına diqqət yetirmək.
- Qaynaq işləri zamanı iş təhlükəsizliyinə dair təlimatlara uyğun hərəkət etmək.
- Qaynaq avadanlıqlarının düzgün işləməsi üçün onları nəzarət altında saxlamaq.
- Şəxsi qoruyucu vasitələrdən (qaynaq maskası, əlcəklər və s.) istifadə etmək.
- Qaynaq maşınlarının tənzimlənməsini və qaynaq prosesinə uyğunlaşdırılmasını yerinə yetirmək.
- Avadanlıqların, alətlərin və materialların mütəmadi olaraq təmizlənməsi.
- Elektrik və qaz qaynaq avadanlıqlarının işlətmə qaydalarını bilmək, istehsalatda avadanlıqlar vasitəsilə qaynaqlama və kəsmə əməliyyatlarını həyata keçirmək;
- Fərdi mühafizə vasitələrindən istifadə qaydalarını bilmək;
İş qrafiki:
- 5 günlük iş rejimi
- 08:00-17:00 iş saatları
- 12:00-13:00 nahar fasiləsi
İş yeri: Şəmkir rayon, Zəyəm qəsəbəsi
Tələblərə uyğun olan namizədlər öz CV-lərini başlığa “Qaynaqçı” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.