Zayam Technologies Park OJSC Zayam Technologies Park OJSC
  • 603

Zayam Technologies Park OJSC

IT

SƏTƏM

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

SƏTƏM

  • Истекает 16 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

AZMADE GROUPA daxil olan "Zəyəm Texnologiyalar Parkı" ASC  “SƏTƏM” axtarışındadır.

Tələblər:

  • Təhsil: Ali təhsil
  • İş təcrübəsi: inşaat, tikinti-quraşdırma sahələrində minimum  3  il  
  • MS Office proqramlarını yaxşı səviyyədə bilməli,
  • Dinamik, korporativ iş mühitini bilən, komanda ilə işləməyi bacaran
  • FHN, Yanğından mühafizə, İlkin Yardım sertifikatları olan

İş öhdəlikləri:

  • İş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nəzarətin təmin edilməsi;
  • İş yerində baş vermiş iş qəzaları , xəsarətlərin səbəblərinin analizı və qarşısının alınması üçün tədbirlərin hazırlanması və onların həyata keçirilməsinin təşkili;
  • Təhlükələrin müəyyən edilməsi və düzəldici tədbirlərin görülməsi üçün SƏTƏM auditlərinə, risk qiymətləndirmələrinə və insident araşdırmalarında iştirak edilməsi;
  • İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanması;
  • Təlimat jurnallarının imzalanmasına nəzarət edilməsi;
  • Tibbi vasitələrin istifadəsi üzrə hesabatların hazırlanması;
  • İşə qəbul olunan yeni işçilərə , o cümlədən dövrü olaraq mövcud işçilərə əməyin mühafizəsi, texniki təhlükəsizliklə bağlı giriş təlimatının, təkrar, plandan kənar və cari təlimatların keçirilməsi;
  • İşçilərin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edilməsi;
  • İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vasitələrinin və digər vasitələrinin standartlara və sahə normalarına uyğun olmasına və bu vasitələrdən istifadəsinə nəzarət edilməsi.

İş qrafiki:

  • 6 günlük iş rejimi
  • Həftə içi iş saatları: 08:00-16:00 
  • Şənbə günü: 08:00-14:00
  • 12:00-13:00 nahar fasiləsi
  • Nahar yeməyi şirkət tərəfindən qarşılanır. 

İş yeri: Bakı şəhəri

Tələblərə uyğun olan namizədlər öz CV-lərini başlığa “SƏTƏM” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt yazaraq göndərə bilərlər.

Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily17
  • Weekly161
  • Monthly1780