Tələblər:
- Təhsil: Ali təhsil
- İş təcrübəsi: inşaat, tikinti-quraşdırma sahələrində 3 il
- MS Office proqramlarını yaxşı səviyyədə bilməli,
- Dinamik, korporativ iş mühitini bilən, komanda ilə işləməyi bacaran
İş öhdəlikləri:
- Topoqrafik xəritələrin çəkilməsi, yenilənməsi və müxtəlif üsulların tətbiqi, stellajların və daxili ehtiyyatların topoqrafik çəklişini;
- Təlimatlarla və normalarla tənzimlənən topoqrafik işlərin görülməsini;
- Əldə olunmuş məlumatların işlənməsini;
- Sadə layihələrin və sxemlərin işlənməsini,onların texniki layihələrə, əməliyyat standartlarına və normativ və texniki sənədlərə tətbiqini;
- Emalat avadanlıqlarının normalara və ölcülərə uyğunluğunun yoxlanmasını ,xüsusi ölçülər götürülməsini;
- Yerüstü avadanlıqlar üçün tələblərin təyinatında iştirak etməyi,onların əldə olunması üçün tələblərin tərtib edilməsini;
- Planlaşdırılmiş və hesablanmış texniki işlərin qeydiyyatının aparılması, materialların qrafiki qeydiyyatının aparılmasını;
- Materialların və sənədlərin saxlanmasını və qeydiyyatının təmin olunmasını;
- Görülmüş yerüstü geofiziki işlərə dair hesabatların tərtib olunması üçün məlumat bazasının hazırlanmasını və sistemləşdirilməsini;
- İşin layihə hədəflərinə, texniki şərt, iş üsulları və iş praktikalarına uyğun olmasına təminat verməklə, verilən işi yerinə yetirməyi;
- Tədqiqat üsullarına və sifarişçi tələblərinə uyğun olaraq, koordinasiya və naviqasiya tapşırıqlarını yerinə yetirməyi;
- Şirkətin Keyfiyyətə Təminat / SƏTƏM standartlarına riayət etmək və Keyfiyyətə Təminat / SƏTƏM sistemi və onun tələblərinə riayətin olunmasına dair hərtərəfli məlumatlılıq nümayiş etdirməyi
- Layihə rəhbəri tərəfindən tələb olunduğu kimi, özünün səlahiyyətləri çərçivəsində digər vəzifələri yerinə yetirməyi;
- Sənədlərin ötürülməsinə və onların icra şərtlərinə nəzarətin edilməsini və.s
- Totalstaion/Nivelir
İş qrafiki:
- 6 günlük iş rejimi
- Həftə içi iş saatları: 08:00-16:00
- Şənbə günü: 08:00-14:00
- 12:00-13:00 nahar fasiləsi
- Nahar yeməyi şirkət tərəfindən qarşılanır.
İş yeri: Bakı şəhəri
Haqqımızda məlumatı www.azmade.az və www.ztp.az rəsmi vebsaytlarından ala bilərsiniz.
Tələblərə uyğun olan namizədlər öz CV-lərini başlığa “Topoqraf” yazaraq elektron poçt ünvanına göndərə bilərlər.
Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.