Qrafik Dizayner

  • Истекает 19 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Zeecar komandamıza avtomobil sektorunda işləməyi sevən, yaradıcı düşüncəyə, güclü vizual zövqə və müasir dizayn yanaşmasına malik Qrafik Dizayner axtarır.

Vəzifə öhdəlikləri

  • Sosial media platformaları (Instagram, TikTok, Facebook və s.) üçün kreativ vizual post və storilərin hazırlanması;
  • Avtomobillərin tanıtımı üçün reklam bannerləri, posterlər, kampaniya vizualları və digər marketinq materiallarının hazırlanması;
  • Brendin korporativ üslubuna uyğun vizual kontentin hazırlanması və inkişaf etdirilməsi;
  • Video layihələri üçün cover, thumbnail, infoqrafika və digər vizual elementlərin hazırlanması;
  • Yeni kampaniyalar və layihələr üçün kreativ dizayn konsepsiyalarının hazırlanması;
  • Mövcud dizaynların təkmilləşdirilməsi və operativ dəyişikliklərin həyata keçirilməsi;
  • Dizayn sahəsində yenilikləri və trendləri izləyərək onları iş prosesində tətbiq etmək.

Namizədə tələblər

  • Qrafik dizayn sahəsində minimum 1 il iş təcrübəsi;
  • Adobe PhotoshopAdobe Illustrator proqramlarında sərbəst işləmək bacarığı;
  • Sosial media platformaları üçün müasir dizayn standartlarını bilmək;
  • Kompozisiya, rəng nəzəriyyəsi, tipoqrafiya və vizual kommunikasiya üzrə yaxşı anlayış;
  • Kreativ düşüncə və yüksək estetik zövq;
  • Detallara diqqətli, məsuliyyətli və operativ olmaq;
  • Bir neçə layihəni paralel şəkildə idarə etmək və son tarixlərə əməl etmək bacarığı;
  • Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
  • Azərbaycan dilini sərbəst bilmək
  • Portfolio təqdim edilməsi mütləqdir.

Üstünlük hesab olunur:

  • Adobe InDesign, After Effects, Premiere Pro və ya Figma proqramlarından istifadə bacarığı;
  • Avtomobil sahəsində və ya reklam agentliyində iş təcrübəsi.

İş şəraiti

  • İş qrafiki: 6 günlük iş həftəsi
  • Əmək haqqı: 600 AZN (net) +
  • İş yeri: Bakı, Ağ şəhər, Süleyman Vəzirov 3

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini və portfolio nümunələrini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanımıza göndərmələri xahiş olunur.

Mövzu hissəsində: "Qrafik Dizayner" qeyd etmələri rica olunur.

  • Daily2
  • Weekly467
  • Monthly1645