Z Zəfər Bağları
  • 1.1K

Korporativ hüquqşunas

  • Deadline 28 İyun 2025

Namizədə dair tələblər:

Texniki bacarıqlar

  • Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır)
  • Azərbaycan Respublikasının normativ-hüquqi aktlarını, habelə mülki, mülki-prosessual, əmək, vergi və inzibati hüququnun əsaslarını bilməli
  • Müqavilələrin bağlanmasını tənzimləyən normativ hüquqi aktları bilməli

Yumşaq bacarıqlar

  • Komanda ilə işləmək bacarığı
  • Təşəbbüskarlıq, operativlik, prioritetləri düzgün müəyyənləşdirmək
  • Analizetmə qabiliyyəti
  • Nəticəyönümlü olmaq
  • Güclü yazılı və şifahi ünsiyyət bacarıqları

Xüsusi tələblər:

  • Hüquq sahəsi üzrə ali təhsil
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il

Əsas vəzifə öhdəlikləri:

  • Təşkilatdaxili bütün sənədləşmə işlərinə hüquqi rəylərin verilməsinin, əməliyyatların və proseslərin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsi
  • Müəssisənin satınalma, satış, xidmətlərin göstərilməsi, agentlik, tikinti və digər müqavilələrdə o cümlədən beynəlxalq müqavilə və sazişlərin hüquqi ekspertizasının aparılması, rəy və təkliflərin verilməsi
  • Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması
  • Hüquqi məsələlərlə bağlı dövlət qurumlarında, məhkəmələrdə, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Cəmiyyəti təmsil etmək, Cəmiyyət adından sənədlərin hazırlanması və təqdim edilməsini həyata keçirmək
  • Qanunvericilikdə baş verən dəyişikliklərlə bağlı daxili normativ sənədlərin dəyişdirilməsini, həmin sənədlərin hüquqi qüvvəsinin mövcud vəziyyəti ilə bağlı təkliflər vermək
  • Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş hüquqi sorğulara rəy və izahatlar vermək
  • Korporativ hüquq fəaliyyəti ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyatı struktur bölmələrlə razılaşdırmaq
  • Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirmək, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək

İş şərtləri:

  • İş saatı: 09:00-18:00 (Bazar ertəsi-Cümə)
  • Nahar şirkət tərəfindən təmin edilir
  • İş yeri: Ağdam rayonu
  • Xankəndi şəhərində yaşayış yeri təminatı
  • Əmək haqqı ştat cədvəlinə uyğun olaraq

Qeyd: Yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Vakansiya haqqında:

  • Vakansiya növü Tam ştat
  • Təcrübə 3-4 il
  • Vəzifə dərəcəsi Rəhbər
  • Təhsil Natamam ali

Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.

  • Daily18
  • Weekly428
  • Monthly2175