Əsas vəzifə öhdəlikləri:
- Təchizatçıları araşdırmaq, arasından seçim etmək və təchizatçı bazasını daim yeniləmək;
- Təchizatçılar ilə endirimlər və sərfəli kredit şərtləri də daxil olmaqla bütün şərtlər barədə danışıqların aparılması;
- Şirkətin bütün təsdiqlənmiş tələbnamələrini əlaqələndirmək;
- Şirkətin satınalma əmrlərinə nəzarət etmək;
- Satınalmalar üçün rəqabətli qiymət sorğusu sisteminə nəzarət etmək;
- Üçüncü şəxslər ilə imzalanan müqavilələrin detallarını və xərclərini uzlaşdırmaq;
- Şirkət əməkdaşları ilə təchizatla bağlı yazışmaların aparılması;
Xüsusi tələblər:
- Vakansiyaya uyğun ali təhsil;
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3-5 il.
Texniki bacarıqlar:
- 1C proqramı istifadəsinə dair biliklər;
- Komputer biliyi: MS Office;
- Azərbaycan və İngilis dilində yaxşı səviyyədə danışıq və yazışma bacarığı. Rus dili biliyi üstünlükdür.
Yumşaq bacarıqlar:
- Güclü şifahi və yazılı ünsiyyət qurmaq bacarığı;
- Nəticəyönümlülük;
- Təşkilatçılıq bacarığı;
- Sərbəst qərar verə bilmək bacarığı;
- Operativlik;
- Məsuliyyətlilik.
İş şərtləri:
- İş saatı: 09:00-18:00 (Bazar ertəsi-Cümə);
- Nahar şirkət tərəfindən təmin edilir;
- İş yeri: Çinar plaza və Əsgəran ofisi;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaqdır.
Vakansiya haqqında
Son tarix dekabr 20, 2024
Paylaşılıb noyabr 21, 2024
Vakansiya növü Tam ştat
Qeyd: Yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.