Texniki bacarıqlar
- Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı)
- Excel üzrə (Power Query, Pivot Table) əla səviyyədə biliklər
- Microsoft Power BI ilə təcrübə, digər analitik tool-lar ilə işləmək bacarığı üstünlükdür
Yumşaq bacarıqlar
- Analitik düşüncə və problemləri həll etmə bacarığı
- Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı
- Məsuliyyətlilik
- Operativlik
- Dəqiq və diqqətcil
Xüsusi tələblər:
- Ali iqtisadi təhsil
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il
Əsas vəzifə öhdəlikləri:
- Müxtəlif şöbələr üzrə analitik hesabatların hazırlanması
- Statistik analizlər aparmaq və nəticələri təşkilatın qərar qəbul etmə prosesinə inteqrasiya etmək
- Məlumatların vizuallaşdırılması üçün interaktiv dashboardlar və hesabatlar yaratmaq
- Biznes problemlərini həll etmək üçün məlumat əsaslı həllər təklif etmək
- Toplanmış məlumatlar üzrə aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi
İş şərtləri:
- İş saatı: 09:00-18:00 (Bazar ertəsi-Cümə)
- Nahar şirkət tərəfindən təmin edilir
- İş yeri: Ağdam rayonu
- Yaşayış yeri Bərdə və ya Xankəndi şəhərində təmin edilir
- Əmək haqqı ştat cədvəlinə uyğun olaraq
Qeyd: Yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.