Vəzifə öhdəlikləri:
- Klinikaya müraciət edən pasientlərin gülərüz və nəzakətlə qarşılanması, xidmətlər və həkim qəbulları barədə məlumatlandırılması;
- Pasientlərin elektron bazada qeydiyyata alınması, müayinə və həkim qəbullarına yönləndirilməsi;
- Müayinə və analiz nəticələrinin pasientlərə təhvil verilməsi (çap edilməsi və ya elektron göndərilməsi);
- Kassa əməliyyatlarının və ödənişlərin qeydiyyatının dəqiq aparılması (əgər kassa qeydiyyatçıdadırsa);
- Tibbi sənədləşmə işlərinin səliqəli aparılması və gündəlik hesabatların hazırlanması;
- Rəhbərliyin verdiyi digər inzibati tapşırıqların yerinə yetirilməsi.
Namizədə tələblər (Kriteriyalar):
- Təhsil: Ali təhsili (tibb bilikləri üstünlükdür)
- İş təcrübəsi: Tibbi qeydiyyat, resepşn və ya müştəri xidmətləri sahəsində minimum 6 ay – 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili səlis və aydın diksiya, Rus dili biliyi (danışıq səviyyəsində) arzuolunandır;
- Kompüter bilikləri: MS Office (Word, Excel) proqramlarından sərbəst istifadə bacarığı (klinika proqramlarını tez mənimsəmə qabiliyyəti);
- Şəxsi keyfiyyətlər: Səliqəli və xoş xarici görünüş, güclü ünsiyyət bacarığı, səbirli, stresə davamlı, diqqətli və məsuliyyətli olmaq.
İş şəraiti:
- İş qrafiki: Həftənin 5 günü, saat 09:00 – 18:00, şənbə günü qısa iş günü (Bazar günü istirahət);
- Əmək haqqı: müsahibə əsasında dəqiqləşdiriləcək.
- Rəsmiləşmə: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi qeydiyyat;
- Ünvan: Zəfər Tibb Mərkəzi
Əlaqə +994102526611