Vəzifə öhdəlikləri:
- Anbar fəaliyyətinin (xammal və hazır qida məhsulları üzrə) ümumi idarə olunması və nəzarəti
- Xammal və qida məhsullarının qəbul, yerləşdirmə, saxlanma və buraxılış proseslərinin təşkili
- FIFO/FEFO prinsiplərinə uyğun stok dövriyyəsinin təmin edilməsi
- Lot/partiya izləmə sisteminə və yararlılıq müddətinə nəzarət
- İstehsala buraxılan xammalın normativ üzrə izlənməsi və sərfiyyata nəzarət
- Anbar uçotunun ERP/1C sistemində düzgün və vaxtında aparılmasına nəzarət
- Müntəzəm inventarizasiya və stok dəqiqliyinin təmin olunması
- Minimum stok səviyyəsinin və sifariş nöqtəsinin nəzarətdə saxlanılması
- Qırıq, zədələnmiş,vaxtı keçmiş və uyğunsuz məhsullar üzrə aktlaşdırma və analiz işlərinin təşkili
- Temperatur rejimlərinə və saxlanma standartlarına riayət olunmasının təmin edilməsi
- Anbar heyətinin idarə olunması, iş bölgüsü və performans nəzarəti
- Rəhbərliyə aylıq və operativ hesabatların təqdim edilməsi
- Anbar proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması istiqamətində təkliflərin hazırlanması, əmək məhsuldarlığının artırılması və itkilərin azaldılması üzrə işlərin aparılması
Tələblər:
- Ali təhsil
- Anbar sahəsində minimum 5 illik, istehsalat və ya qida sektorunda minimum 2 illik idarəetmə təcrübəsi
- Xammal və hazır məhsul anbarı üzrə praktiki iş təcrübəsi
- FIFO/FEFO və stok idarəetmə prinsipləri üzrə bilik
- Qida təhlükəsizliyi, sanitariya normaları və saxlanma standartları üzrə praktik təcrübə
- Qida sahəsində qüvvədə olan normativ və daxili prosedur tələblərinin icrası üzrə iş təcrübəsi
- 1C və ya digər ERP sistemlərində işləmə bacarığı
- MS Office proqramlarını, xüsusilə Excel-i yaxşı səviyyədə bilmək
- Analitik düşüncə və hesabatlılıq bacarığı
- Liderlik və komanda idarəetmə qabiliyyəti
- Yüksək məsuliyyətlilik və təşkilatçılıq bacarığı
Əlavə məlumatlar:
- Əmək haqqı müsahibə əsasında müəyyən olunacaq
- Şirkət tərəfindən nahar təmin olunur
- Korporativ mobil nömrə ilə təmin edilmə.
- İş qrafiki: 5 günlük
- İş yeri: Həsən Əliyev küç. 38, Xırdalan şəhəri
Müraciət üçün:
CV-lərinizi “Baş Anbardar” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz.