Zəhmət - Ruzi MMC Zəhmət - Ruzi MMC
  • 182

ERP üzrə mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

ERP üzrə mütəxəssis

  • Истекает 10 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

“Zəhmət Ruzi” MMC ERP üzrə mütəxəssis vakansiyası elan edir!

Müəssisədə tətbiq olunacaq Mikro ERP sisteminin implementasiya, dəstək, koordinasiya və inkişaf proseslərində iştirak etmək, biznes tələblərini toplamaq, istifadəçilərlə işləmək, sistemin düzgün işləməsini izləmək və ERP şöbə müdirinin rəhbərliyi altında ERP proseslərinin dayanıqlı fəaliyyətinə töhfə vermək.

Vəzifə öhdəlikləri:

  • Mikro ERP sisteminin tətbiqi layihəsində iştirak etmək;
  • Biznes bölmələrdən gələn tələbləri toplamaq, sənədləşdirmək və aidiyyəti tərəflərlə razılaşdırmaq;
  • ERP üzrə mövcud və yeni biznes proseslərin təhlilində iştirak etmək;
  • ERP sistemində yaranan istifadəçi problemlərinin araşdırılması və həllinə dəstək vermək;
  • İstifadəçilər üçün ilkin təlim, izah və gündəlik funksional dəstək göstərmək;
  • ERP sistemində məlumatların düzgünlüyünün və tamlığının nəzarətdə saxlanılmasına dəstək olmaq;
  • Yeni modul, dəyişiklik və təkmilləşdirmə tələblərinin formalaşdırılmasında iştirak etmək;
  • Test ssenarilərinin hazırlanması, test prosesində iştirak və nəticələrin qeydiyyatını aparmaq;
  • ERP üzrə istifadəçi təlimatları, prosedurlar və funksional sənədlərin hazırlanmasına dəstək vermək;
  • Sistemə aid insident, sorğu və dəyişikliklərin izlənməsini təmin etmək ;
  • ERP şöbə müdirinə mütəmadi status məlumatları təqdim etmək;
  • Şirkətin digər informasiya sistemləri ilə ERP inteqrasiyası proseslərində aidiyyəti üzrə iştirak etmək.

Tələblər:

  • Ali təhsil (İnformasiya texnologiyaları, biznesin idarə edilməsi və ya uyğun sahə üzrə ali təhsil);
  • ERP, biznes tətbiqləri və ya funksional dəstək istiqamətində minimum 2 il iş təcrübəsi
  • ERP implementasiya layihələrində iştirak təcrübəsi üstünlükdür;
  • MS Excel, Word, PowerPoint proqramlarından sərbəst istifadə;
  • Biznes proseslərin təhlili və sənədləşdirilməsi bacarığı;
  • Maliyyə, satınalma, anbar, satış, logistika və istehsal prosesləri barədə ümumi anlayış;
  • Analitik düşüncə və problem həll etmə bacarığı;
  • İstifadəçilərlə işləmək və tələbləri düzgün toplamaq bacarığı;
  • ERP implementasiya komandası ilə işləmək təcrübəsi üstünlükdür;
  • SQL üzrə ilkin biliklər üstünlükdür;
  • Mikro ERP üzrə təcrübə üstünlükdür. 

Əlavə məlumatlar:

  • Əmək haqqı müsahibə əsasinda;
  • Şirkət tərəfindən nahar təmin olunur;
  • Korporativ mobil nömrə ilə təmin edilmə;
  • İş qrafiki: 5 günlük
  • İş yeri: Həsən Əliyev küç. 38, Xırdalan şəhəri

CV-lərinizi “ERP üzrə mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

  • Daily139
  • Weekly161
  • Monthly732