Əsas tələblər:
- Ali təhsil (Filologiya, Tərcümə, Beynəlxalq münasibətlər, Biznesin idarə edilməsi və ya digər uyğun ixtisas);
- Azərbaycan və rus dili biliyi yüksək səviyyədə
- Analoji sahədə minimum 2 il iş təcrübəsi;
- MS Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) sərbəst işləmək bacarığı;
- Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
- Analitik düşüncə, məsuliyyətlilik, məxfiliyə riayət və yüksək təşkilatçılıq qabiliyyəti;
- Vaxtın səmərəli idarə edilməsi və eyni anda bir neçə tapşırığı icra etmək bacarığı.;
- Rəhbərliyin verdiyi digər inzibati tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.
Əsas vəzifə və öhdəliklər:
- İstehsalat direktoruna gündəlik inzibati və təşkilati dəstəyin göstərilməsi;
- Rəhbərliyin görüş, iclas və ezamiyyətlərinin planlaşdırılması və koordinasiyası;
- Daxil olan və göndərilən rəsmi yazışmaların hazırlanması, qeydiyyatı və izlənilməsi;
- Azərbaycan və rus dillərində şifahi və yazılı tərcümələrin həyata keçirilməsi;
- Müqavilələrin, hesabatların, təqdimatların və digər sənədlərin tərcüməsi və redaktəsi;
- İclas protokollarının hazırlanması və tapşırıqların icrasına nəzarət;
- Rəhbərliyin verdiyi digər inzibati tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.
Təklif etdiyimiz:
- Motivasiyaedici və dəstəkləyici iş mühiti;
- Tibbi sığorta;
- Rahat və stabil iş şəraiti;
- Nahar təminatı.
- Korporativ nömrə
İş şəraiti
- İş rejimi: 09:00–18:00 / 5 günlük iş həftəsi
- Ünvan: Həsən Əliyev küçəsi 38, Xırdalan, Azərbaycan
- Əmək haqqı: Müsahibə əsasında.
CV-lərinizi “İstehsalat Direktorunun Köməkçisi/ Tərcüməçi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.