Zəhmət - Ruzi MMC Zəhmət - Ruzi MMC
  • 648

Satınalma üzrə aparıcı mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Satınalma üzrə aparıcı mütəxəssis

  • Истекает 14 май 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əsas tələblər:

  • Ali təhsil (iqtisadiyyat, idarəetmə və ya müvafiq sahə üzrə);
  • Satınalma sahəsində minimum 3 il iş təcrübəsi (FMCG və ya istehsalat sektoru üzrə üstünlük verilir);
  • ERP sistemləri ilə işləmə təcrübəsi;
  • Microsoft Office (Excel, Word, PowerPoint, Outlook) — yaxşı səviyyədə;
  • Güclü danışıqlar və kommunikasiya bacarıqları;
  • Yerli və beynəlxalq təchizatçılarla işləmə təcrübəsi;
  • Azərbaycan Respublikasının Satınalma Qanunvericiliyi haqqında biliklər üstünlükdür;
  • Analitik düşüncə və bazar qiymətləndirilməsi bacarıqları;
  • Təchizat zənciri, demand planning və stok idarəetməsi üzrə biliklər;
  • Azərbaycan dili – sərbəst, rus və ingilis dili bilikləri üstünlükdür.

Əsas vəzifə və öhdəliklər:

  • Satınalma proseslərinin (sifarişlərin qəbulundan malın/göstərilən xidmətin təhvilinə qədər) həyata keçirilməsi;
  • Təchizatçılarla qiymət araşdırması aparmaq, müqayisə cədvəllərinin hazırlanması və təkliflərin qiymətləndirilməsi;
  • ERP sistemində satınalma əməliyyatlarının icrası və nəzarəti
  • Mal-material tələbatının müəyyən olunması və anbarla koordinasiyalı işləmək;
  • Satınalma əməliyyatlarına dair hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Təchizatçı bazasının formalaşdırılması və yenilənməsi;
  • Satınalma proseslərində şirkətin daxili qaydalarına və qanunvericiliyə riayət olunması;
  • Müvafiq şöbələrlə koordinasiyalı şəkildə satınalma ehtiyaclarının vaxtında təmin olunması.
  • Demand planning və stock səviyyələrinin effektiv idarə olunması
  • Təchizat zəncirinin fasiləsizliyinin təmin edilməsi
  • Müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması

Fərdi keyfiyyət göstəriciləri:

  • Diqqətlilik və məsuliyyətlilik;
  • Analitik düşünmə və təhlil bacarığı;
  • Yüksək kommunikasiya və danışıqlar aparmaq qabiliyyəti;
  • Komanda işi bacarığı;
  • Operativ və nəticə yönümlü olmaq;
  • Planlaşdırma və prioritetləşdirmə bacarığı;
  • Yenilikçi və proaktiv yanaşma.

Təklif etdiyimiz:

  • Motivasiyaedici və dəstəkləyici iş mühiti;
  • Tibbi sığorta;
  • Rahat və stabil iş şəraiti;
  • Nahar təminatı.

İş şəraiti

  • Şöbə: Satınalma və Təchizat
  • İş rejimi: 09:00–18:00 / 5 günlük iş həftəsi
  • Ünvan: Həsən Əliyev küçəsi 38, Xırdalan, Azərbaycan
  • Əmək haqqı: Müsahibə əsasında.

CV-lərinizi “Satınalma üzrə aparıcı mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

  • Daily1
  • Weekly563
  • Monthly130