“Zeta Group” şirkətinə Auditor tələb olunur.
Tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibat uçotu və audit, və digər əlaqədar ixtisaslar);
- Audit sahəsində minimum 3 il iş təcrübəsi;
- Microsoft Office proqramlarını (Excel, Word) yüksək səviyyədə bilməli (1C (8.3) proqramı üstünlükdür);
- Analitik təfəkkür, problemli situasiyaların analiz edilməsi, risklərin müəyyənləşdirilməsi qabiliyyəti;
- Vaxtın səmərəli idarəedilməsi bacarığı və qrup daxilində işləmə bacarığı;
- Şirkət siyasət və prosedurlarını başa düşmək və onlara əməl etmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Daxili audit planına uyğun olaraq yoxlamaların həyata keçirilməsi;
- Departamentin fəaliyyətinə dair hesabatların hazırlanması və sənədləşmələrin aparılması;
- Maliyyə sənədlərinin və əməliyyatların düzgünlüyünün yoxlanılması;
- Risklərin təhlili və potensial uyğunsuzluqların müəyyən edilməsi;
- Anbar və digər fiziki aktivlərin dövri sayım və təftiş işlərinin təşkili və icrası;
- Aşkarlanmış uyğunsuzluqlarla bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Audit layihəsinin nəticələri barədə hesabatın hazırlanmasında iştirak edilməsi;
- Aylıq maliyyə hesabatlarının təhlilini təmin edilməsi.
İş şəraiti:
- İş vaxtı: 5 günlük iş həftəsi;
- İş saatı 9:00 –dan 18:00 -dək.
Maraqlanan şəxslər öz CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər (məktubun mövzu bölməsində “Auditor”, vakansiyanın adını qeyd edin)