Əsas vəzifələr
- Maliyyə və mühasibat sənədlərinin yoxlanılması;
- Mühasibat uçotu üzrə əməliyyatların düzgünlüyünün qiymətləndirilməsi;
- Maliyyə hesabatlarının təhlili və yoxlanılması;
- İlkin uçot sənədlərinin və maliyyə əməliyyatlarının araşdırılması;
- Kassa və bank əməliyyatlarının yoxlanılması;
- Debitor və kreditor borclarının təhlili;
- Gəlir və xərclərin uçotunun yoxlanılması;
- Vergi və digər maliyyə risklərinin müəyyənləşdirilməsi;
- Daxili nəzarət prosedurlarının qiymətləndirilməsi;
- Audit zamanı aşkar olunan səhv və uyğunsuzluqların sənədləşdirilməsi;
- Audit nəticələri üzrə hesabat və tövsiyələrin hazırlanması;
- Audit rəhbərinin və rəhbərliyin verdiyi tapşırıqların vaxtında icra edilməsi.
Tələblər
- Ali təhsil — mühasibat uçotu, maliyyə, iqtisadiyyat və ya audit üzrə;
- Audit və ya mühasibatlıq sahəsində iş təcrübəsi;
- Mühasibat uçotu və maliyyə hesabatları üzrə biliklər;
- Vergi qanunvericiliyi haqqında ümumi biliklər;
- MS Office, xüsusilə Excel proqramında yaxşı işləmək bacarığı;
- Analitik düşünmə və məlumatları təhlil etmək bacarığı;
- Hesabat hazırlamaq və nəticələri düzgün təqdim etmək bacarığı.
- 1C və digər mühasibat proqramları ilə işləmək bacarığı;
- Maliyyə auditi üzrə praktiki təcrübə.
İş şəraiti
- İş qrafiki: I-V günlər, saat 09:00-dan 18:00-a kimi
- Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müəyyən edilir
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Auditor” başlığı ilə göndərə bilərlər.