Vəzifə funksiyaları:
- İşlədiyi aptekdəki dərmanların qəbuluna cavabdehlik;
- Aptekdə dərmanların iadəsinə nəzarət;
- Malların son istifadə tarixinə nəzarət edilməsinə cavabdehlik;
- Aptekin ilkin mal qalığının yaradılmasına və aptekin gündəlik sifarişlərinin topdansatış anbarlarından təchiz olunmasına nəzarət və təmin etmək;
- Əczaçılıq qaydalarının pozulması, sanitar-gigiyenik normalara əməl edilməməsi, istehlakçı hüquqlarının pozulması, qanunvericilikdə nəzərdə tutulmuş inzibati və cinayət xarakterli əməllərə görə məsuliyyət daşımaq;
- Müəssisənin fəaliyyəti barədə statistik və digər hesabatların vaxtında təqdim olunmasına nəzarət;
- Məhsulun keyfiyyəti ilə əlaqədar bütün geri qaytarılmaların, şikayətlərin və geri çağırılmaların, həmçinin bu zaman aparılan tədqiqatların icmalının aparılması;
- Aptek işçiləri tərəfindən iş rejiminə əməl olunmasına nəzarət;
- Aptekin mal qalığını tənzimlənmək, tələbata uyğun olaraq vaxtlı-vaxtında şirkətə sifarişlərin verilməsini təmin etmək;
- Ona həvalə olunmuş rəflərdəki məhsulların yararlılıq müddətinə, qalıq sayına nəzarət etmək;
- Aptekə alınan malların tərkiblərinə uyğun tələb olunan qaydada qorunub saxlanılması, yerləşdirilməsi üzrə işlərin aparılmasını təşkil etmək və nəzarəti həyata keçirmək;
- Dərman preparatları barədə müştəriləri dolğun məlumatlandırmaq;
- Müştərinin sifarişini vaxtında və dəqiq yerinə yetirmək.
Tələblər:
- Əczaçılıq üzrə tibbi təhsil (Ali və ya orta ixtisas);;
- Müvafiq sahədə 5 il iş təcrübəsi;
- 1C proqram biliyi.
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi(09.00-dan 18.00)
- İş yeri:
- Pharma Store-lər – Nərimanov, Nizami, Nəsimi, Yasamal, Sabunçu, Xətai, Səbail, Qaradağ, Şəki şəh, Şamaxı, Tovuz, Lənkəran, Masallı.
- Əmək haqqı: 850+ Bonus
Əlaqə vasitəsi: (050) 2530152
Maraqlanan şəxslər CV-ni qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərlər.