Zeytun Pharmaceuticals Zeytun Pharmaceuticals
  • 255
Zeytun Pharmaceuticals

Zeytun Pharmaceuticals

Pharmaceuticals

Hüquqşünas

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Hüquqşünas

  • Истекает 7 март 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Ümumi tələblər:

  • Təhsil səviyyəsi: Ali (Hüquq sahəsində)
  • İş təcrübəsi: Müvafiq sahədə minimum 3 il
  • Kompüter bilikləri: MS Office (Word, Excel proqramlarında orta səviyyədə işləmək bacarığı)
  • Mülki (əqdlər, korporativ hüquq və s.), inzibati, əmək, mülki və inzibati prosessual qanunvericiliyi bilmək
  • Mülki-hüquqi əqdlərin tərtib edilməsi, bağlanması və rəsmiləşdirilməsi prosesində geniş təcrübəyə sahib olmaq
  • Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilmək
  • İşgüzar ünsiyyət və münasibət etikasına riayət etmək, müştərilər və komanda ilə effektiv əməkdaşlıq qurmaq
  • Qərarvermə və detallara diqqət etmək bacarığına malik olmaq

Vəzifə öhdəlikləri:

  • Dövlət orqanları, yerli özünüidarəetmə orqanları və digər qurumlar qarşısında Şirkəti təmsil edib, müxtəlif yoxlamaların keçirilməsi zamanı Şirkətə hüquqi dəstək verir və prosesin hüquqi müşayiətini aparmaq;
  • Mülki prosessual, inzibati xətalar, inzibati prosessual və cinayət prosessual qanunvericiliyinə uyğun olaraq Şirkəti iddiaçı (ərizəçi), mülki iddiaçı, cavabdeh, mülki cavabdeh, zərər çəkmiş, üçüncü şəxs və xüsusi ittihamçı qismində təhqiqat, istintaq və bütün məhkəmə orqanlarında təmsil etmək;
  • Şirkətin adından bütün prosessual sənədləri (iddia ərizələri, şikayətlər, vəsatətlər, etirazlar və s.) tərtib edib, təhqiqat, istintaq və məhkəmə orqanlarına təqdim etmək;
  • Təhqiqat, istintaq və məhkəmə orqanlarının Şirkətin mənafeyinə uyğun olmayan qanunsuz və əsassız qərarlarından şikayətlər vermək;
  • Şirkətin daxili sənədlərinin hüquqi ekspertizasını aparıb, onlara əlavə və dəyişikliklərin edilməsini təklif etmək;
  • Şirkətin fəaliyyətinin qanunvericiliyə uyğun olmasını və onun hüquqi mənafelərinin qorunmasını təmin etmək;
  • Şirkətin rəhbərliyinin və/və ya struktur rəhbərinin göstərişi ilə Şirkətin digər struktur bölmələri ilə birgə dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərlə danışıqların aparılmasında birgə iştirak etmək;
  • Şirkətdə yaradılan zəruri komissiyaların üzvü olmaq.

İş şəraiti:

  • İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı şəh., Zərifə Əliyeva küç., 93)
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək
  • Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçt ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.

  • Daily141
  • Weekly566
  • Monthly594