Satış nümayəndəsi (aptek kanalı)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış nümayəndəsi (aptek kanalı)

  • Deadline 27 Dekabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Zeytun Pharmaceuticals — Azərbaycanın aparıcı əczaçılıq distribütorlarından biri — eksklüziv məhsul portfeli üzrə komandasını genişləndirir və Satış nümayəndələri axtarır.

Vəzifə öhdəlikləri:

  • Təhkim olunmuş apteklərlə zəng və vizitlər vasitəsilə iş, sifarişlərin Moby-S mobil sistemi ilə qəbulu
  • Satış planının icrası, yeni apteklərin cəlb edilməsi və təkrar sifarişlərin təmin edilməsi
  • Apteklərdə stok qalıqlarına və yararlılıq müddətinə nəzarət
  • Ehtiyac olduqda rəfdə məhsul düzülüşü və POSM yerləşdirilməsi
  • Farmasevtlərə məhsullar və aksiyalar barədə məlumat verilməsi
  • Gündəlik fəaliyyətin Moby-S-də qeydiyyatı və hesabatlılıq

Tələblər:

  • Ali və ya orta ixtisas təhsili (əczaçılıq, tibb, biologiya, kimya üstünlükdür)
  • Satış sahəsində ən azı 1 il təcrübə (aptek, farma və ya FMCG təcrübəsi üstünlükdür)
  • Telefonla satış və danışıq bacarığı
  • Smartfon tətbiqləri və MS Excel ilə işləmək bacarığı
  • Azərbaycan dilini mükəmməl bilmək; rus dili üstünlükdür
  • Ünsiyyətcillik, intizam, nəticəyə yönümlülük
  • Səyyar iş rejiminə hazırlıq; sürücülük vəsiqəsi üstünlükdür

Təklif edirik:

  • Təlim İmkanları
  • Aparıcı distribütorda inkişaf və karyera imkanı

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə Cv nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və mövzu hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly477
  • Monthly1941