Vəzifə öhdəlikləri:
- Bazarın və rəqiblərin təhlili.
- Şirkətin sərfiyyat məhsulları haqqında tam məlumatlı olmaq.
- Yeni müştərilərin aktiv axtarışı və cəlb edilməsi: soyuq zənglərin edilməsi, görüşlərin təyin olunması, oflayn və onlayn danışıqların aparılması.
- Mövcud müştəri bazasının saxlanılması və inkişaf etdirilməsi: rut üzrə görüşlərin keçirilməsi, ehtiyacların müəyyən edilməsi, sorğuların təhlili və kommersiya təkliflərinin hazırlanması.
- Marketinq fəaliyyətlərinin keçirilməsi üzrə təkliflərin hazırlanması.
- Məhsulların təqdimatı.
- Debitor borclarına nəzarət.
- Satış planının icrası.
- Anbar qalıqlarına nəzarət və stock-out profilaktikası.
- Görülmüş işlər barədə aylıq hesabatların hazırlanması.
Tələblər:
- Ali təhsil (tibbi təhsil arzuolunan).
- Müvafiq sahədə oxşar vəzifədə 1–3 il iş təcrübəsi.
- Rus və ingilis dillərini bilmək arzuolunandır.
- Yüksək ünsiyyət bacarığı, danışıqlar aparmaq və təqdimatlar keçirmək bacarığı.
- Özünüinkişaf və öyrənməyə açıq olmaq.
- Yüksək intizamlı və xidməti subordinasiya qaydalarına riayət edən.
- Səlis şifahi və yazılı nitq.
- Müstəqillik və nəticəyönümlülük.
- 1C, MS Office və Outlook proqramlarını yaxşı səviyyədə bilmək.
- Ezamiyyət xarakterli işə hazır olmaq.
İş şəraiti:
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
- Nahar və tibbi sığorta şirkət tərəfindən təmin olunur;
Qeyd olunmuş tələblərə cavab verən şəxlər CV-ni “mövzu” hissədə Sərfiyyat məhsullarının satışı üzrə mütəxəssis qeyd etməklə Müraciət Et düyməsində göstərilən e-mail elektron ünvanına göndərə bilərlər.