İnformasiya Texnologiyaları departamentinə Şəbəkə administratoru

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İnformasiya Texnologiyaları departamentinə Şəbəkə administratoru

  • Истекает 21 август 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifəyə olan tələblər:

  • Şəbəkə inzibatçılığı sahəsində minimum 5 il iş təcrübəsi;
  • LAN/WAN Şəbəkə topologiyalarının planlaşdırılması, optimallaşdırılması və tətbiqi üzrə bilik və bacarıqlar;
  • L2/L3 - LAN/WAN/SD-WAN şəbəkə texnologiyaları haqqında dərin biliklər və iş təcrübəsi;
  • Palo Alto, Cisco, F5 yeni nəsil firewalları ilə iş təcrübəsi;
  • Cisco ISE, Cisco CUCM, Cisco DNA Center, Vmware NSX, Panorama ilə işləmə bacarığı və iş təcrübəsi;
  • BGP, EIGRP, OSPF, kimi şəbəkə kommunikasiya protokolları haqqında biliklər və onların tətbiq edilməsi;
  • RADIUS və TACAS+ serverlərinin administrasiyası və monitorinqi;
  • Şəbəkə avadanlıqlarının fiziki quraşdırılması və dəyişdirilməsi (Core, Router və s);
  • VPNs, SD-WAN, VXLAN kimi şəbəkə topologiyaları haqqında biliklər və onların tətbiqi;
  • İSP keçidlərini tənzimləmək və bununla bağlı iş təcrübəsi;
  • DR keçid mərhələlərini tənzimləmək və bunun bağlı iş təcrübəsi;
  • VPN texnologiyaları və onların qurulması və tətbiqi üzrə biliklər;
  • CCNP səviyyəsində Routing/Switching həlləri üzrə biliklər və praktiki təcrübə;
  • Yaranan problemlərin dərindən araşdırma və həll edilməsi üzrə güclü “Troubleshooting” bacarığı (wireshark);
  • Birdən çox tapşırığı yerinə yetirə bilmə, işi düzgün planlama və prioritetləşdirmə bacarığı;
  • Təşəbbüskarlıq göstərmək, ideya və yeniliklərlə çıxış etmək.
  • Məsuliyyətlilik və dürüstlük;
  • Müvafiq sahə üzrə peşakar sertifikatın (CCNP) olmasına üstünlük verilir.

Vəzifə öhdəlikləri:

  • Telekommunikasiya şəbəkəsinin dayanıqlı işinin təmin olunması üzrə müntəzəm olaraq tədbirlər həyata keçirmək, meydana çıxan problemləri araşdırmaq və onların aradan qaldırılmasına dəstək göstərmək;
  • Yeni nəsil Firewall-ların, L2/L3 şəbəkə avadanlıqlarının, simsiz rabitə avadanlıqlarının sazlanması, quraşdırılması, idarə edilməsi, monitorinqinin həyata keçirilməsi;
  • Sorğu sistemi, mail və zəng əsasında daxil olan sorğuların vaxtında emalı, yaranmış problemlərin araşdırılmasıvə operativ həllinin təmin edilməsi;
  • RA VPN və Site-2-Site VPN tunellərin qurulması, sazlanması, müxtəlif qurumlar ilə sazlanmış mövcud VPN tunellərin dayanıqlılığını təmin etmək və müntəzəm monitorinqini aparmaq;
  • Bütün növ şəbəkə avadanlıqlarının konfiqurasiyalarının daim son backup-larının olmasını təmin etmək (solarwinds);
  • Şöbənin fəaliyyəti ilə bağlı tələb olunan sxemləri, müxtəlif texniki sənədləri, hesabatları hazırlamaq;
  • Bank və filallararası şəbəkənin stabilliyinin təmin ediləsi və optimallaşdırılması, provayderlərlə və digər firmarlarla danışıqların aparılması;
  • Sertifikatların, lisenziyaların qurulması, monitorinq sistemlərinin sazlanması (cacti, prtg, zabbix, netflow və s.);
  • Network , sistem və digər İT komandalarla birgə işləmək;
  • Yeni texnologiyalardan və ən yaxşı təcrübələrdən daim xəbərdar olmaq;
  • CIC informasiya təhlükəsizliyi tələblərinə riayət edilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Şəbəkə inzibatçısı” qeyd etməyiniz vacibdir.İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. 

  • Daily6
  • Weekly571
  • Monthly1285