Anqard

Construction
About company

ANQARD MMC, Azərbaycanın tikinti materiallarının istehsalı sektorunda fəaliyyət göstərən mühüm şirkətlərdən biridir. 2010-cu ildən fəaliyyət göstərən şirkətimiz, penoplast əsaslı dekorativ və izolyasiya tipli tikinti materialları istehsal edir. Ümumi sahəsi 15000 m2, istehsal sahəsi isə 8000 m2 əhatə edir.

Penoplast həm funksional, həm ekoloji, həm də estetik üstünlüklər təmin etdiyi üçün tikintidə geniş istifadə olunur. Yüksək keyfiyyətli materiallardan istifadə edərək, müasir dizayn və texnologiyalarla istehsal etdiyimiz məhsullar, binaların xarici görünüşünü estetik cəhətdən zənginləşdirir.

Məqsədimiz, müştərilərimizin memarlıq layihələrində unikal və davamlı həllər təqdim etməkdir. Təcrübəli komandamız və innovativ yanaşmamız sayəsində, sektorda etibarlı bir tərəfdaş olaraq tanınırıq.