BONAFIDE Law Firm

Professional Services
About company

BONAFIDE Hüquq Şirkəti 2018-ci ildə təsis edilmişdir və qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq iqtisadiyyatın bir çox sahələrində mürəkkəb hüquqi məsələlərin həll olunması təcrübəsinə malikdir. Yüksək ixtisaslı mütəxəssislərdən ibarət olan komandamız hər bir müştəri üçün fərdiləşdirilmiş xidmət göstərməkdən qürur duyur. Bizim müştərilərimizin sırasında yerli və xarici kommersiya şirkətləri, o cümlədən aviasiya, yükdaşıma, telekommunikasiya, bank, tikinti, enerji və təbii ehtiyatlar, kənd təsərrüfatı və digər sahələrdə çalışan təşkilatlar vardır. Həmçinin BONAFIDE Hüquq Şirkəti tərəfindən müntəzəm olaraq dövlət qurumları, publik hüquqi şəxslər və xarici QHT-lər tərəfindən həyata keçirilən ölkə əhəmiyyətli bir sıra layihələr üzrə də yüksək keyfiyyətli hüquqi xidmətlərin göstərilməsi həyata keçirilir.