About company

Daimi MMC 2008-ci ildən etibarən tikinti və mühəndislik sahəsində fəaliyyət göstərən, geniş texniki imkanlara və peşəkar insan resurslarına malik şirkətdir.

Fəaliyyət istiqamətlərimizə tikinti-quraşdırma işləri, torpaq işləri, mexaniki montaj, elektrik və avtomatika işləri, MEP xidmətləri, eləcə də ağır inşaat texnikalarının icarəsi və müxtəlif ixtisaslaşmış inşaat xidmətləri daxildir.

Şirkətimiz layihələrin icrasını ilkin hazırlıq və torpaq işlərindən başlayaraq, konstruksiya və montaj, mexaniki və elektrik sistemləri, avtomatika və MEP işləri daxil olmaqla kompleks şəkildə həyata keçirmək imkanına malikdir. Bu yanaşma müxtəlif layihələr üzrə işlərin vahid idarəetmə sistemi çərçivəsində, koordinasiyalı və səmərəli şəkildə həyata keçirilməsinə şərait yaradır.

Daimi MMC-nin əsas üstünlüklərindən biri geniş kadr və inşaat texnikası potensialıdır. Şirkətimiz müxtəlif ixtisaslar üzrə təcrübəli və peşəkar mütəxəssislərdən ibarət geniş insan resurslarına, həmçinin ağır inşaat və xüsusi təyinatlı texnikalardan ibarət texnika parkına malikdir. Bu imkanlar bizə müxtəlif miqyaslı və mürəkkəblikdə layihələr üzrə resursları çevik şəkildə səfərbər etməyə və işlərin fasiləsiz təşkilini təmin etməyə imkan verir.

Fəaliyyətimizin əsas prinsipləri keyfiyyət, təhlükəsizlik, peşəkarlıq, operativlik və etibarlılıqdır. Hər bir layihədə müasir texnologiyaların tətbiqinə, işlərin müəyyən edilmiş standartlara və texniki tələblərə uyğun yerinə yetirilməsinə xüsusi diqqət yetiririk.

Daimi MMC olaraq məqsədimiz yalnız tikinti işlərini həyata keçirmək deyil, müştərilərimiz üçün uzunmüddətli, etibarlı və kompleks inşaat həlləri təqdim edən peşəkar tərəfdaş olmaqdır.