About company
Şirkətimiz haqqında qısa məlumatı nəzərinizə çatdırırıq. Şirkətimiz – Nexia EA QSC, Nexia International beynəlxalq audit şirkətinin Azərbaycandakı rəsmi təmsilçisidir. Bununla bağlı bildirmək istərdik ki, Nexia International dünyanın ən böyük 10 audit və konsaltinq şirkətlərindən biridir və baş ofisi Böyük Britaniyanın London şəhərində olmaqla dünyanın 105-dən artıq ölkəsində fəaliyyət göstərir və 20,600 nəfərdən çox partnyor və işçi heyəti vardır. Şirkətimizin audit, vergi və hüquq, konsaltinq, mühasibatlıq və digər peşəkar sahələrdə bacarıqlı və təcrübəli işçi heyəti vardır.
Bütün görülən işlərin ən yüksək səviyyədə olmasını təmin etmək üçün şirkətimiz və layihə heyətimiz geniş idarəçilik prosedurlarına sahibdir. Biz həmçinin AMCHAM, GACC və digər nüfuzlu təşkilatların üzvüyük...
Nexia International dünya üzrə aparıcı audit və konsaltinq şirkətləri şəbəkələrindən biridir. Bizim müvəffəqiyyətə açarımız sadədir: Üzv şirkətlərimizin əsas qlobal maliyyə və iqtisadi mərkəzlərdəki gücü.