About company

Rebers Park MMC nəqliyyat və taksi sahəsində fəaliyyət göstərən şirkətdir. Şirkətimiz Uber və Yango platformalarının rəsmi partnyoru olaraq fəaliyyət göstərir.

Şirkətimizin əsas fəaliyyət istiqaməti taksi fəaliyyəti ilə məşğul olan sürücülərə və avtomobil sahibi olan sahibkarlara platformadan istifadə və fəaliyyət prosesində dəstək göstərməkdir.

Sürücülərlə bağlı şirkətimiz sürücülərin platformaya qoşulması, qeydiyyat və sənədləşmə prosesində dəstək göstərir. Sürücülərin platformada fəaliyyəti zamanı yaranan sualların və problemlərin həllinə köməklik edir, bonus və kampaniyalar, platformadakı yeniliklər və fəaliyyət şərtləri barədə məlumatlandırırıq.

Sahibkarlar və avtomobil sahibləri ilə bağlı isə onların avtomobillərini taksi fəaliyyəti üçün platformaya qoşmasına və avtomobillərdən daha düzgün və effektiv istifadə etməsinə köməklik göstəririk. Avtomobilin platformaya əlavə olunması, sürücü ilə əlaqələndirilməsi və fəaliyyət prosesində yaranan məsələlər üzrə dəstək veririk.