About company
Seeton haqqında
Seeton Ukraynanın milli sistem inteqratorudur və artıq 20 ildən çoxdur ki, biznes və dövlət sektorunda qabaqcıl İT həllərini həyata keçirir. Biznes proseslərini sadələşdirən və insanların gündəlik həyatını asanlaşdıran texnoloji həllər yaratmaqla sənayedə lider mövqeyinə sahibik.
Komandamız yüksək ixtisaslı və təcrübəli mütəxəssislərdən ibarətdir və müştərilərimizin maraqlarına uyğun hərtərəfli layihələr və strateji qərarlar həyata keçirərək onların bu günün çağırışlarına çevik uyğunlaşmasına kömək edir.
Seeton Azərbaycanda
2021-ci ildə Azərbaycanda Sitronics MMC qeydiyyatdan keçirilmişdir və Seeton-un nümayəndəliyi kimi fəaliyyət göstərir. Şirkətin əsas məqsədi Azərbaycan bazarında güclü mövqeyə əldə etmək, yeni tərəfdaşlarla əməkdaşlıq qurmaq və müştərilərə dəyərli həllər təqdim etməkdir.
Azərbaycanda biz aşağıdakı istiqamətlərdə xidmətlərimizi təklif edirik:
- Konsaltinq və İT strategiya
- İT və şəbəkə infrastrukturunun inteqrasiyası
- Proqram təminatı və avadanlıq təchizatı
- Layihə idarəçiliyi və tətbiq xidmətləri
- Texniki dəstək və servis xidmətləri