About company
“United Alliance Group LTD” 2016-cı ildən etibarən dəniz nəqliyyatı sahəsində peşəkar xidmətləri özündə birləşdirən şirkət olaraq fəaliyyət göstərir.
Üstün xidmətləri ilə əlçatanlığı təmin etmək üçün dənizçilərə hər zaman geniş imkanlar təqdim edən “United Alliance Group”un təlim-tədris şöbəsi Beynəlxalq Dəniz Təşkilatının model kurslarına, yerli qanunvericiliyə, eləcə “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” (STCW) konvensiyasına uyğun fəaliyyət göstərir.
“United Alliance Group” da dənizçilik sahəsində səmərəliliyin yüksəldilməsi və peşəkarlığın təmin olunması üçün həm təkmilləşdirmə kursları keçirilir.
Müəssisəmizdə “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” (STCW) Beynəlxalq Konvensiyasının tələblərinə uyğun olaraq 30-dan çox kurslar tədris olunur.
United Alliance Group şirkəti tərəfindən dənizçilərin sosial rifahının yaxşılaşdırılması, dənizçilik sahəsində şəffaflığın və əlaçatanlığın təmin edilməsi, aparılan işin səmərəliliyinin daima artırılması yönündə bir çox məqsədyönlü addımlar atılır.
Dənizçilərin xarici ölkə bayrağı altında üzən ticarət gəmilərinə işə düzəldilməsində “United Alliance Group” təmənnasız vasitəçilik xidməti göstərir. Belə ki, işə qəbulla bağlı “United Alliance Group”a müraciət edən dənizçilərə xarici dənizçilik şirkətlərində işə düzəlmə imkanı yaradılır. Belə ki, dənizçilər CV nümunələrini şirkətin mail və ya veb saytı üzərindən müvafiq olaraq göndərirlər. Yerləşdirilən hər bir CV nümunəsi şirkət tərəfindən nəzərdən keçirilərək mövcud vakansiyalar üzrə dəyərləndirilir.
Məqsədimiz özünü bu sahədə peşəkar kadr kimi görmək istəyən dənizçilərimizə geniş imkanlar yaratmaqdır.