О компании
Kinoteatrlar yüksək ölçülü №D-kontentini nümayiş etdirmək imkanı olan rəqəmsal proeksiya sistemi və yüksək keyfiyyətli kinoekranlar ilə təchiz olunub. Həmçinin, gücləndirilmiş parlaqlıq və “Enhansed 4K Barco” dəqiq təsvirinə malikdir. Bütün bunlar və başqa amillər kinofilmləri ən yaxşı keyfiyyətdə nümayiş etdirmək imkanı yaradır.
“CİNEMA PLUS” kinoteatrlar şəbəkəsinin tətbiq etdiyi “Platinum Movie Suites” konsepsiyası tamaşaçılara yüksək komfertlu, dəbdəbəli və dəridən hazırlanmış, söykənəcəyi tam arxaya açılan italyan kreslolarda film izləmək və kinoseans zamanı qida və içkilərin sifariş etmək imkanı yaraır.
Bundan əlavə “CİNEMA PLUS” Azərbaycanda ilk dəfə “Dolby Atmos” texnologiyası tətbiq edib.
“CİNEMA PLUS” öz qonaqları üçün bileti müxtəlif rahat üsullar ilə almaq imkanı yaradır: kinoteatrın rəsmi saytından, İOS və Android əməliyyat sistemləri tərəfindən idarə olunan smartfonlarla mobil tətbiq vasitəsilə və ya kinoteatrın bilet kassasından.