О компании
Bir Azərbaycan şirkəti olan Defscope 2018-ci ildən başlayaraq qlobal arenada kiber təhlükəsizlik sahəsində fəaliyyət göstərir. Bu qədər qısa müddətdə Defscope dünyanın bir sıra aparıcı şirkətləri ilə əməkdaşlıq etməyə nail olmuşdur. Hal-hazırda Kanada, Amerika və Avropada məhsul və xidmətlərimizlə müştərilərimizi kiber təhlükəsizlik risklərindən qorumağa davam edirik.
Təhlükəsizlik bizim ilk prioritetimizdir və bu düşüncə bizi rəqabətdə ön sıralarda saxlayan əsas ilham verici amillərdən biridir.
Bizim bütün komanda üzvlərimiz dünyanı sürətlə yenilənən texnologiya erasında daha təhlükəsiz bir məkana çevirməyi hədəfləyir və bu amal uğrunda çalışır. Öyrənməyə həvəsləndirici bir mühit yaratmaqla,hər bir komanda üzvümüzdən bilik və bacarıqlarını inkişaf etdirəcək kurs və sertifikatları əldə etmələrini tələb edir və beləliklə müştərilərimizə tam şəkildə xidmət edəcək peşəkar kadrlar yetişdiririk. Komandamızın daim inkişaf etmə və öyrənmə həvəsi şirkətimizin bu sahədə davamlı böyüməsini təmin edir və hədəflərimizə daha tez çatmağımıza səbəb olur.