О компании
ENERGAZER MMC Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qaydada dövlət qeydiyyatına alınmış, enerji və enerji səmərəliliyi, rəqəmsal texnologiya, strateji tərəfdaşlıq, davamlılıq və problemlərin həlli istiqamətində fəaliyyət göstərən gənc şirkətdir. Şirkətimiz az müddətdir fəaliyyət göstərməsinə baxmayaraq, yüksək peşəkarlığa, çoxillik və zəngin təcrübəyə malik komandası ilə, sadəcə 2022-2024-cü illər ərzində 40-dan çox layihəni uğurla başa vurmuş və yeni layihələrə başlamışdır.
ENERGAZER əsasən dörd istiqamətdə öz fəaliyyətini davam etdirir:
İlk fəaliyyət istiqamətimiz beynəlxalq tədbirlərin müvəqqəti enerji, isitmə və soyutma təminatının həyata keçirilməsidir. Bu istiqamətdə artıq son iki il ərzində Azərbaycan Respublikasında ən önəmli tədbirlərin icraçısı olmuşuq. Buna örnək olaraq, Formula 1 – Bakı Şəhər Halqası 2023, 74-cü Beynəlxalq Astronavtika Konqresi, Şuşa Qlobal Media Forumu, Laçın Şəhər Günü, Prezident Cup, UEFA oyunlarını qeyd edə bilərik.
İkinci istiqamət olaraq, ENERGAZER ənənəvi enerjidən yaşıl enerjiyə keçiddə enerji səmərəliliyinin əhəmiyyətini nəzərə alaraq, “Enerji Monitorinq” brendi ilə sənayenin müxtəlif sahələrində enerji auditlərinin aparılmasına başlamışdır. Böyük qürur hissi ilə bildirmək istəyirik ki, Şirkətimiz, Energetika Nazirliyi tərəfindən elan olunan “İqtisadiyyatın müxtəlif sahələrində və ev təsərrüfatlarında enerji səmərəliliyinin artmasına dair diaqnostikanın aparılması və təkliflərin hazırlanması” tenderində qalib gələrək, hazırda həmin layihənin icrasını həyata keçirir. ENERGAZER, müxtəlif təsərrüfat obyektlərində, binalarda enerji sərfiyyatının minimuma endirilməsinə, bərpa olunan enerjiyə keçidə dəstək məqsədilə şirkətlərə enerji auditlərinin aparılması və enerji səmərəliliyinin artırılması istiqamətində innovativ həllər təklif edir.
Üçüncü fəaliyyət istiqamətimiz yaşıl enerji həll yollarının tətbiqidir. ENERGAZER Türkiyə ofisimiz və qrup şirkətlərimizdən GEN Enerji ilə birlikdə Türkiyə Respublikasında günəş enerji layihələrini uğurla icra etmişik. Azərbaycan Respublikasında da aktiv olaraq yaşıl enerji layihələrinin həyata keçirilməsi üçün fəaliyyətə başlamışıq.
Son olaraq, ENERGAZER qeyd edilənlərdən əlavə, davamlılıq (sustainability) sahəsində də geniş müstəvidə fəaliyyət göstərir. Davamlı enerji, gələcək nəsillərin ehtiyaclarını təmin etmək qabiliyyətini pozmadan, bu günün enerji ehtiyaclarını təmin edən bir yanaşmadır. Bu kontekstdə, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri (SDG) əhəmiyyətli bir çərçivə təmin edir. Xüsusilə SDG 7: Hamı üçün əlverişli, etibarlı, davamlı və müasir enerji təmin etmək, bu sahədə fəaliyyət göstərən şirkətlər üçün əsas istiqamətləri müəyyən edir.
Dayanıqlı İnkişaf Məqsədlərinin yeddinci məqsədi, hər kəs üçün əlverişli, etibarlı, davamlı və müasir enerji təmin etməyi hədəfləyir. Bu məqsədə çatmaq üçün müxtəlif tədbirlər həyata keçirilir. İlk olaraq, bərpa olunan enerji mənbələrinin təşviqi vacibdir. Günəş, külək, hidroelektrik və biokütlə kimi bərpa olunan enerji mənbələri, davamlı enerji təminatında əsas rol oynayır. Şirkətimiz, bu enerji mənbələrindən istifadə edərək daha təmiz və ekoloji cəhətdən dost enerji istehsalına yönəlmişdir. Bu texnologiyaların inkişafı və tətbiqi üçün araşdırmalar aparılır və yeni layihələr həyata keçirilir. Bu sahədə şirkətimiz Türkiyənin qabaqcıl şirkətlərindən olan ESCARUS (TSKB SÜRDÜRÜLEBİLİRLİK DANIŞMANLIĞI A.Ş.) ilə əməkdaşlıq edir