О компании
“Göygöl Şərab zavodu” ASC 16 sentyabr 2005-cı il tarixindən səhmdar cəmiyyət kimi fəaliyyət göstərir. Əsas səhmdarı 99.88% payla “Vinagro” MMC-dir. “Vinagro” MMC-nin təsisçisi nizamnamə kapitalında 100% payla Həsənov Rafiq Həsən oğludur.
Hazırda müxtəlif növ spirtli içki istehsal edən «Göygöl Şərab» ASC öz yeni inkşaf mərhələsinə qədəm qoymuşdur - müəssisəmizdə yüksək keyfiyyətli konyak və şərab məhsulları, araq, klassik üsulla hazırlanan kolleksiyon şampan, eləcə də alkoqolsuz sərinləşdirici içkilər də istehsal edilməkdədir.
İndi şirkət özündə klassik texnologiyanı və ən yeni texniki nailiyyətləri birləşdirən müasir şərabçılıq müəssisəsidir. Hazırda bütün istehsal binaları, sexlər və köməkçi sahələr yenidən qurulmuş və təmir olunmuşdur, bütün avadanlıqlar va texnoloji xətlər yenilənmiş və müasirləri ilə əvəz olunmuşdur. Bu məqsədlə şərabçılıq sənayesi üçün avadanlıqlar istesalında aparıcı şirkət olan İtaliyanın tanınmış «TECNOFOOD GROUP» SRL şirkəti ilə müqavilələr bağlanmışdır