О компании
İNVERSAL Məhdud Məsuliyyətli Cəmiyyəti tikinti materiallarının topdan və pərakəndə satışı (əsasən izolyasiya yönümlü) və tikinti-təmir xidmətləri üzrə fəaliyyət göstərən şirkətdir. Şirkətin fəaliyyəti müasir tikinti texnologiyalarının tətbiqi, keyfiyyətli material təminatı və kompleks icra həllərinin təqdim olunmasına yönəlib.
Əsas fəaliyyət istiqamətləri:
- Tikinti materiallarının satışı – izolyasiya və əlaqəli tikinti məhsullarının topdan və pərakəndə təchizatı
- İzolyasiya sistemləri – fasad, dam və daxili sahələr üçün enerji effektiv həllərin tətbiqi
- Tikinti və təmir işləri – yaşayış və qeyri-yaşayış obyektlərinin açar təhvil icrası
- Xüsusi tikinti məhsulları – quru qarışıqlar, şap sistemləri, yapışdırıcılar, epoksi örtüklər, ara doldurucular və digər texniki materiallar
- Texniki dəstək və məsləhət – layihələr üçün uyğun material seçimi və tətbiq üzrə tövsiyələr
Üstünlükləri:
- Müasir və innovativ tikinti texnologiyalarından istifadə
- Müştəri tələbinə uyğun çevik və fərdi yanaşma
- İşlərin planlı, vaxtında və keyfiyyətli icrası
- Qısa müddətdə formalaşmış etibarlı biznes imici
- Ekoloji təmiz və enerji effektiv məhsulların tətbiqi
Yanaşma və inkişaf istiqaməti:
- Xarici bazarlarda özünü doğrultmuş keyfiyyətli və innovativ məhsulların seçilərək yerli bazara təqdim edilməsi
- Tikinti proseslərinin optimallaşdırılması və uzunömürlü həllərin təmin edilməsi
- Gələcəkdə izolyasiya və əlaqəli tikinti materiallarının yerli istehsalının qurulması
- Şirkət əsas ixtisası izolyasiya sahəsi olsa da, tikinti və təmir işlərini kompleks şəkildə, yüksək standartlara uyğun və dayanıqlı nəticə prinsipi ilə həyata keçirir.