О компании

2008-ci ildə təsis edilmiş MOON GROUP şirkəti mətbəə, promo və reklam məhsullarının hazırlanması sahəsində etibarlılığı ilə ilk ağıla gələn şirkətlərdəndir. Şirkətimiz Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən bir çox dövlət və özəl müəssisələrə xidmət göstərməkdədir. MOON GROUP peşəkar kadr heyəti və müasir avadanlıqlarla təmin olunmuşdur. Eyni zamanda, şirkət Amerika, İtaliya, Fransa, Türkiyə, Rusiya və Çin kimi ölkələrdən Azərbaycana promo məhsulların idxalını həyata keçirməkdədir. Uzun illərin təcrübəsinə əsaslanaraq, MOON GROUP müştərilərə keyfiyyətli və geniş çeşidli məhsullar təqdim edir. Hər bir məhsul müasir texnologiyalara cavab verən avadanlıqlarda, keyfiyyətli xammal ilə hazırlanır və müştəriyə zamanında çatdırılır. Müştəri xidmətlərinin keyfiyyətinin daim yüksək olması üçün mütəmadi olaraq, keyfiyyətə nəzarət tədbirləri görülür, təlimlər keçirilir. Eyni zamanda, məhsullarımız hazır olduqdan sonra müştəriyə təhvil verilməmiş kəmiyyət və keyfiyyət göstəriciləri dəqiqliklə yoxlanılır. Müştəri əlçatanlığı və rahatlığı üçün məhsulların çeşidləri və qiymətləri veb saytda detallı formada öz əksini tapmışdır. Qiymət baxımından məhsullarımız ekonomdan premiuma qədər geniş alternativə malikdir. Əsas məqsədimiz müştərilərimizə keyfiyyətli xidmət göstərməklə onları məmnun etməkdir.

Moon Group 3 əsas sahə üzrə fəaliyyət göstərir:

  • 1. Şirkətimiz mətbəə məhsullarının geniş çeşiddə hazırlanmasını təmin edir.
  • 2. Şirkətimiz promo məhsulların hazırlanmasını həyata keçirir.
  • 3. Şirkətimiz reklam məhsullarının hazırlanması sahəsində xidmətləri təklif edir.