О компании
“PAŞA Holding” Məhdud Məsuliyyətli Cəmiyyət (PAŞA Holdinq və ya “PAŞA Holding” MMC) öz törəmə şirkətləri vasitəsi ilə bankçılıq, sığorta, tikinti, informasiya texnologiyaları, daşınmaz əmlak və turizm sektorlarına sərmayə yatırır.
Holdinq fəaliyyətə başladığı 2006-cı ildən etibarən öz biznesini effektiv menecment, korporativ idarəetmə və düşünülmüş investisiya qərarları əsasında qurur.
Holdinqdə iki növ investisiya portfeli mövcuddur: PAŞA Holdinq və törəmə şirkətlərində (PAŞA Qrup) səhmlərin nəzarət payı və kiçik özəl kapital investisiyaları.