О компании
Cəmiyyətin missiyası rezident şirkət və sahibkarların biznes təşəbbüslərini dəstəkləyərək onların inkişafında yaxından iştirak etmək, ölkədə kənd təsərrüfatı sektorunun dayanıqlı inkişafına nail olmaqdır. Bunun üçün aşağıdakı strateji məqsədlər müəyyən olunmuşdur:
- Kənd təsərrüfatı məhsulları istehsalçılarının istehsal vasitələrinə, informasiya-məsləhət xidmətinə çıxışının asanlaşdırılması;
- Kənd təsərrüfatında fermer tərəfdaşlığının formalaşdırılması;
- Kənd yerlərində layiqli məşğulluq imkanlarının artırılması və əhalinin həyat səviyyəsinin yüksəldilməsi. kənd yerlərində sosial rifahın yaxşılaşdırılmasının təmin edilməsi;
- Qabaqcıl istehsal vasitələrinin tətbiqi yolu ilə aqrar sahədə davamlı irəliləyişin təmin edilməsi.