О компании
STEM - milli və xariсi siyasət, iqtisadiyyat, hüquq, sosial elmlər və təhlükəsizlik sahəsində aktual məsələləri təhlil edən müstəqil analitik mərkəzdir. Mərkəzin fəaliyyətinin əsas istiqaməti post-sovet məkanında baş verən hadisələr haqqında cəmiyyəti dolğun və qərəzsiz təhlili materiallarla təchiz etməkdir. Mərkəzin məqsəd və vəzifələrinə aktual hadisələrin qiymətləndirilməsi, habelə ictimai və siyasi təşkilatları, ekspert və elmi dairələri, medianı keyfiyyətli təhlili materiallar ilə təchiz olunması üçün praktik tövsiyələrin hazırlanmasıdır.
Bundan əlavə STEM, milli və beynəlxalq səviyyədə təhsil proqramları, kurslar və konfranslar təşkil edir. Mərkəz beynəlxalq münasibətlər, iqtisadiyyat, tarix və etnoqrafiya sahələrində tədqiqat işləri ilə məşğul olan alimlər, aspirantlar, tələbələr üçün əməkdaşlığa açıqdır.