About company

"Alfa Audit" auditor şirkətinin əsası 2001-ci ildə qoyulmuşdur.

Yaradıldığımiz gündən etibarən hər ötən il ərzində gərgin işlər nəticəsində, şirkətimizin müstəqilliyini artıraraq şəxsi fəlsəfəmizi formalaşdırmışıq. Bu prinsiplərə riayət edərək, "Alfa Audit" şirkəti maliyyə bazarında aparıcı mövqeyi tutmağa və özünün professional, ardıcıl və savadlı işləmək bacarığını sübut etməyə nail olmuşdur. Hal hazırda "Alfa Audit" - Azərbaycanın audit, mühasibat uçotu, maliyyə, hüquq və idarəetmə məsləhətləri sahəsində xidmət göstərən aparıcı şirkətlərdən biridir. 

"Alfa Audit" şirkəti milli bazar üçün nadir olan kadrlar, texnologiya və təcrübəyə malikdir. Məhz bu xüsusiyyətlər "Alfa Audit" şirkətini Azərbaycanda audit və konsaltinq sahəsində liderlər siyahısına daxil olmaq imkanını yaradıb. Audit və konsaltinq xidmətləri sahəsində yüksək naliyyətlərə müvəffəq olmaq, ilk növbədə ən çətin məsələləri həll etməyi bacaran yüksək peşəkar mütəxəssislər sayəsində baş tutması danılmaz bir faktdır.