Aqrar Tədarük və Təchizat

Ərzaq məhsulların istehsalı
About company

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyəti "Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması" tedaruk.az elektron portalının operatoru funksiyasını həyata keçirir. Elektron portal dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satın alan dövlət müəssisə və təşkilatları ilə həmin məhsulları satmaq istəyən istehsalçı və satıcıları birləşdirən platformadır.
Elektron portal ərzaq məhsullarının dövlət sifarişi ilə mərkəzləşdirilmiş qaydada satın alınmasını təkmilləşdirir, tədarük və təchizat prosesinin operativ həllini təmin edir, həmçinin vətəndaşlar arasında elektron xidmətlərdən istifadənin təşviqinə müsbət təsir göstərir. Portal həm istehsalçıların, həm də satınalan təşkilatların istifadəsi üçün açıqdır.

Həmçinin ölkədə kənd təsərrüfatının inkişafı, kənd təsərüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişaf etdirilməsi, aqrar sahibkarlığın stimullaşdırılması, fermerlər üçün kanalları və gəlir mənbələrinin yaradılması, kənd təsərrüfatı sahəsində gender balansının təmin olunması və qorunması, gənclərin aqrar sahədə maarifləndirilməsi və alternativ satış istiqamətləri üzrə "Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyəti tərəfindən  "Kənddən Şəhərə" yarmarkaları, "Şəhərdən Kəndə", AFAQ layihələrini həyata keçirir. Bu layihələrin əsas hədəfi beynəlxalq təcrübədən istifadə etməklə yerli bazar üçün real həllər yaratmaqdır.

 

E-poçt: [email protected]