About company
"Qoruqları İdarəetmə Mərkəzi" Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2018-ci il tarixli 417 nömrəli Fərmanı ilə Dövlət Turizm Agentliyinin nəzdində yaradılmış publik hüquqi şəxsdir.
“Qoruqları İdarəetmə Mərkəzi”nin əsas vəzifələri Qoruqların ərazilərində yerləşən maddi-mədəni və qeyri-maddi tarixi irs nümunələrini qorumaqla onlardan turizm məqsədli səmərəli istifadəni təşkil etmək, Qoruqlardan məqsədyönlü istifadəni təmin etməklə onların ərazilərində effektiv inzibati və maliyyə idarəçiliyini tətbiq etmək, Qoruq ərazilərində turizm marşrutlarını müəyyən etməklə onların turizm potensialını inkişaf etdirmək, tarix-mədəni irs nümunələrinin mühafizəsinə və təbliğinə dair tədqiqat işlərini dəstəkləyib ictimai maarifləndirməni artırmaqdan ibarətdir.