• Address Şamaxı şossesi 129, AZ0100 Xırdalan / Azərbaycan
  • Phone number +99412 3429003
About company

ATS MİLL MMC 2011-ci ildən müasir texnologiyalarla təchiz edilərək fəaliyyətə başlamışdır. MMC-nin nəzdində hər biri 6000 ton taxıl tutumu olan 10 ədəd elevator (cəmi 60.000 ton), yüksək keyfiyyətli məhsul istehsalı üçün “Uğur Makina” Türkiyə şirkətinin istehsalı olan avadanlıqlarla təchiz edilmiş və optimal səmərəliliyi təmin edən, gün ərzində 1000 ton istehsal gücü ilə çalışan dəyirman, 3500 ton istehsal məhsullarının saxlanılması üçün əlverişli şəraitli saxlama anbarı mövcuddur.

ATS MİLL MMC Rusiya və Qazaxıstanın taxıl istehsalı ilə məşğul olan təsərrüfatları ilə əlaqələr yaratmışdır. Müəssisəmiz həm yerli istehsaldan, həm də xaricdən yüksək keyfiyyətli taxıl tədarük edərək, onun emalı, un məhsullarının istehsalını və satışını həyata keçirir.

Dəyirmanda həyata keçirilən bütün əməliyyatlar, taxılın təmizlənməsi, üyüdülməsi və qablaşdırılması Proqramlaşdırıla bilən Məntiqi nəzarət qurğusu (PLC) tərəfindən idarə olunur. Taxılın qəbul edilməsindən tutmuş, hazır məhsulun tamamlanmasına kimi istehsal prosesinin hər bir elementinə birbaşa operatorun otağından nəzarət edilir. Hazır məhsullar- əla, birinci və ikinci növ yüksək keyfiyyətli un, kəpək və yarma gigiyena qaydalarına əməl edilməklə və əmək tələbləri minimallaşdırılmaqla avtomatik şəkildə qablaşdırılır.

Şirkət idarəçilik prinsipləri, müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühiti qoruma prinsipləri ilə xalqımıza xidmət etməkdədir.