Şirkət haqqında

Təhlükəsizlik və əmniyyətin təmin edilməsi cəmiyyətin rifahı üçün vacibdir və bu ixtisaslı mütəxəssislər və etibarlı texnologiyalar tələb edir. Avandsis Group hər hansı bir ölçülü və mürəkkəb binaların mövcud təhlükəsizlik sistemini yeniləmək və ya təkmilləşdirmək üçün həllərin planlaşdırılması, təkmilləşdirilməsi, tətbiqi və optimallaşdırılmasını təklif edir. Layihələndirilmiş təhlükəsizlik sisteminin əsas mühafizə obyektləri insanlar, informasiya və qiymətli əşyalardır. Geniş təcrübə və ən son texnologiyaların tətbiqi ilə yanaşı, real təhdidlər və onların nəticələrinə dair məlumatları təhlil etmək qabiliyyəti sayəsində Avandsis Group tərəfindən təmin edilən təhlükəsizlik sistemləri çoxfunksiyalı, effektivdir və lazımi təhlükəsizlik səviyyəsini təmin edir.
Biz aşağıdakı ən son təhlükəsizlik sistemlərini təklif eidrik:

  • • video müşahidə;
  • • girişə nəzarət;
  • • perimetr mühafizəsi;
  • • fövqəladə və yanğın xəbərdarlıqları;
  • • yanğın söndürmə və tüstü kənarlaşdırma;
  • • səs elanı.

Xidmətlərin səviyyəsinə gələcəkdə sistemin fəaliyyət ərzində təhlükəsizlik sistemlərinin müfəssəl dizaynını, aparıcı istehsalçılardan əldə edilən etibarlı avadanlıq və idarəetmə sistemlərinin seçilməsi, quraşdırma və istismara verilməsi, proqramlaşdırma və texniki baxış işləri daxildir.
Video müşahidə kameralarından, giriş nəzarətindən və perimetr mühafizə sistemlərindən göndərilən bütün məlumatları birləşdirən, təhlili və arxivləşdirən müasir təhlükəsizlik nəzarət sistemlərini təklif edirik, misal kimi, fiziki təhlükəsizlik məlumat idarəetmə sistemi.