About company

Azərbaycanda davam edən sürətli iqtisadi inkişaf və neft-qaz sənayesində həyata keçirilən yeni layihələrlə bağlı müasir qazma qurğularına yaranmış tələbatı nəzərə alaraq, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə məxsus “Kaspian Drilinq Kompani Ltd.” MMC və “Keppel Offshore & Marine Ltd.” şirkətləri arasında Xəzər dənizində 6-cı nəsil yarımdalma qazma qurğusunun tikintisi üçün 4 iyun 2013-cü il tarixində müvafiq müqavilələr imzalanmışdır.

Layihənin iqtisadi əhəmiyyətini nəzərə alaraq, onun maliyyələşdirilməsi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və Azərbaycan Respublikası Dövlət Neft Fonduna tapşırılmışdır. Müvafiq olaraq onlar bu məqsəd üçün yaradılmış “Azerbaijan Rigs” MMC şirkətinin təsisçiləri olmuşlar. Hər iki təsisçinin dəstəyi ilə və dövlət vəsaiti hesabına həyata keçirilən layihənin maliyyə səmərəliliyini təmin etmək “Azerbaijan Rigs” MMC-nin əsas vəzifələrindən biri kimi müəyyən edilmişdir.