Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu

Digər
About company

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyət sahəsi

  • İnstitutun fəaliyyətinin əsas məqsədi insanların, həmçinin heyvanların həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etməkdən ibarətdir
  • İnstitut aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
  • qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmaların və tədqiqatların aparılması;
  • malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartla, texniki reqlamentlə və digər normativ hüquqi aktlarla müəyyən olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsinin həyata keçirilməsi;
  • qida təhlükəsizliyi sahəsində risk qiymətləndirilməsinin elmi əsaslarının formalaşdırılması və elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsinin həyata keçirilməsi;
  • elmi cəhətdən əsaslandırılmış və qida təhlükəsizliyinə dair mövcud beynəlxalq standartların, norma və qaydaların tələbləri nəzərə alınmaqla, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların (sanitariya-gigiyena, baytarlıq, fitosanitar norma və qaydalarının) və digər normativ hüquqi aktların layihələrinin işlənilib hazırlanması
  • qida təhlükəsizliyinə dair beynəlxalq standartların qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən subyektlər tərəfindən könüllü tətbiq edilməsi ilə bağlı tövsiyələrin hazırlanması, məsləhətlərin verilməsi, tələb olunan sənədlərin hazırlanması və təlimlərin keçirilməsi;
  • qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların təhlükəsizliyi və qida məhsullarının minimum keyfiyyət göstəriciləri üzrə laboratoriya analizi, ekspertiza və tədqiqat (ölçmə) xidmətlərinin göstərilməsi
  • qida təhlükəsizliyi sahəsində mütəxəssislərin hazırlanması məqsədi ilə təlim və tədrislərin təşkili;
  • elmi-praktiki konfransların, simpoziumların, seminarların, yığıncaqların və görüşlərin təşkili;
  • qida təhlükəsizliyi sahəsində əhalinin məlumatlandırılması məqsədi ilə maarifləndirmə işlərinin həyata keçirilməsi;
  • fəaliyyət istiqamətlərinə uyğun olaraq qida təhlükəsizliyi sahəsinin inkişafı ilə bağlı tədbirlər görür