Azərikimya İstehsalat Birliyi

Kimyəvi maddələr
About company

Dövlət başçısının 2010-cu il aprelin 22-də imzaladığı "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanına əlavələr və dəyişikliklər edilməsi barədə" Fərmanla SOCAR-ın tərkibində "Azərikimya" İstehsalat Birliyi təsis olunmuşdur. Azərikimya" İB-nin strukturuna "Etilen-Polietilen" zavodu (“EP-300”, “Polimir-120” istehsalatlarından, izopropil spirti istehsalı sahəsindən, Buxar və elektrik enerjisi istehsalatından ibarət) və Təmir-tikinti İdarəsi daxildir. Birliyin "Etilen-Polietilen" zavodunda 260 000 ton/il etilen, 136 000 ton/il propilen, 120 000 ton/il polietilen, 25 000 ton/il TİPS (texniki izopropil spirti), 24400 ton/il MİPS (mütləqləşdirilmiş izopropil spirti), 1750 ton/il MDİPE (mütləqləşdirilmiş diizopropil efiri) və 480 ton/saat buxar və 32 mvt/saat elektrik enerjisi istehsal olunur. “Azərikimya” SOCAR-ın tabeliyinə verildikdən sonra İstehsalat Birliyinin müəssisələ-rində istehsalatların stabil xammalla təmin olunması, istehsal olunan məhsulların keyfiyyətinin yaxşılaşdırılması və istehsal həcminin artırılması istiqamətində bir çox tədbirlər həyata keçirilmiş, müasir tipli yeni Azot-oksigen kompleksi, Susoyutma qurğusu, Mütləqləşdirilmiş izopropil spirti sahəsi, Propan-propilen fraksiyasının kükürdlü birləşmələrdən təmizlənməsi və Butan-butilen fraksiyasının hidrogenləşməsi qurğuları tikilərək isifadəyə verilmişdir. Mərkəzi laboratoriya yenidən qurularaq müasir tələblərə cavab verən cihazlarla təmin edilmişdir. Nəticədə istismar dövrü ərzində müəssisədə ilk dəfə olaraq 103 min ton polietilen istehsal olunmuşdur.