About company
“Aztelco Group” MMC Azərbaycanın sürətlə inkişaf edən müxtəlif sahələrində, o cümlədən telekommunikasiya, informasiya texnologiyaları (İT), tikinti və konsultasiya kimi sektorlarda fəaliyyət göstərən qrup şirkətidir. Şirkət innovasiya, keyfiyyət və ədalətlilik prinsiplərinə əsaslanaraq İT layihələrinin inkişafı, telekommunikasiya infrastrukturunun qurulması, dəmir yolu layihələrinin idarə edilməsi və maliyyə xidmətləri kimi geniş spektrdə xidmətlər təqdim edir. Sürətlə böyüyən və inkişaf edən Aztelco Group qlobal trendləri yaxından izləyir, beynəlxalq təcrübələri və qabaqcıl texnologiyaları əməliyyatlarına inteqrasiya edir.