About company
Şirkət əməyin mühafizəsi, texniki təhlükəsizlik sahəsində biznesə xidmətlər göstərməyə ixtisaslaşıb. Müştərilərin iş yerlərində əmək gigiyenası məsələləri üzrə instrumental ölçmələr aparan ixtisaslaşmış laboratoriyaya malikdir. Laboratoriya AZS ISO 17020:2021 dövlət standartı üzrə akkreditasiya olunub və inspeksiya orqanı kimi fəaliyyət göstərir.
Şirkətin əsas portfeli, əmək şəraiti üzrə iş yerlərinin attestasiyası prosesi çərçivəsində istehsal mühiti və əmək prosesinin amillərinin ölçülməsini aparmaq üçün bizi dəvət edən şirkətlərdən ibarətdir. Biz həmçinin attestasiyalı komissiyalara məsləhət veririk, onların fəaliyyətini dəstəkləyirik və atestasiyanın uğurla tamamlanmasına kömək edirik.