About company

“BDO Azərbaycan” MMC Azərbaycan Respublikasında 1302212761 nömrə altında qeydiyyatdan keçmiş məhdud məsuliyyətli cəmiyyətdir və Böyük Britaniyanın zəmanətlə məhdudlaşdırılmış BDO International Limited şirkətinin üzvü olmaqla BDO beynəlxalq şəbəkəsinin tərkib hissəsidir.

“BDO Azərbaycan” MMC 2010-cu il tarixindən etibarən dünyanın 5 ən böyük auditor təşkilatlarından biri olan BDO qlobal şəbəkəsinin (bundan sonra “BDO qlobal şəbəkəsi” və ya “BDO” adlanacaq) Azərbaycanda ilk və yeganə rəsmi üzvüdür.

BDO qlobal şəbəkəsi dünyanın 167 ölkəsində 1,600 ofisində peşəkar audit, vergi və konsaltinq xidmətləri göstərən 91,000 əməkdaşı birləşdirən bir şəbəkədir. 2020-ci il üzrə BDO qlobal şəbəkəsinin məcmu gəlirləri 10.3 milyard ABŞ dolları təşkil etmişdir. Müştərilərimiz arasında ən qabaqcıl beynəlxalq və yerli şirkətlər, dövlət qurumları və qeyri-kommersiya təşkilatları yer tapır.