About company

BERC GROUP, özəl və dövlət sektorunu öz təcrübə və tapıntılarımızla dəstəkləmək üçün, akademik və praktik sahədən olan mütəxəssislərin təcrübəsinin sinerjisindən 2016-cı ildə yaradılmışdır. Biz daha yaxşı nəticələr əldə etmək, alternativ yanaşma və həllər tapmaq üçün üzərimizə düşən hər şeyi edirik.

BERC GROUP tərəfindən verilən analiz, proqnoz və tövsiyyələr bizim müştəriləri uğurlu qərarlar qəbul etmək üçün yüksək akademik və praktik təcrübənin nəticəsi olan nadir təkliflərdir.

Bizim üçün əsas məqsəd sadəcə tövsiyyələr vermək deyil, həm də müştərilərimizə daha effektiv və hərtərəfli yanaşmada kömək etməkdir. Yüksək keyfiyyətli xidmətlər təklif etmək arzusu bizi 500-dən çox sahibkarlıq müəssisəsi, elmi ictimaiyyət və ev təsərrüfatını əhatə edən sorğular kimi, öz biznes məlumat mənbələrimizi formalaşdırmağa təşviq edir.