Şirkət haqqında

"BESTING” MMC 2018-ci ildə Azərbaycanda qurulmuş qənnadı və çörək sektoru üçün qida xammalları istehsalı ilə məşğul olan şirkətdir. 
Çörək və qənnadı istehsalçılarının güvənli tərəfdaşı olmaqla onlara kreativ ideyalar vermək, dünyada bu sektorda yaranan yeni trendlər, yeni reseptlər və yeni konseptlərin hazırlanması şirkətin başlıca vəzifələrindən biridir.
Şirkətin professional işçi heyəti Azərbaycan və onun hüdudlarından kənarda olan şirniyyat ustaları və istehsalçılara yaxın mövqe tutmaqla yaranan bütün istehsal problemlərində onlara dəstək olmağa davam edir.  2018-ci ildən etibarən bazarı keyfiyyətli məhsulla təmin etmək vəzifəsini üzərinə götürən "BESTING” MMC  şirkəti bu yola "Sağlam qida və fərqli dad!" devizi ilə çıxdı!