About company

Bəyazflora 9 iqlim qurşağında bitən 1800 növ dərman bitkisi ilə sağlamlığınızın keşiyində duran bir Azərbaycan brendidir. 2015-ci ildə qurulan Bəyazflora şirkəti 6000 illik xalq təbabətinin təcrübəsinə və müasir texnoloji nailiyyətlərin birləşməsinə əsaslanır. İstehsal müəssisəmiz Abşeron yarmadasının ən ekoloji cəhətdən təmiz bölgəsi olan Fatmayı kəndində yerləşir ki, bu da məhsulların ən yüksək keyfiyyət standartlarına və təmizliyinə zəmanət verir.

Bəyazflora 100 illik tarixə malik olmasa da, peşəkar kollektivin əzmkar fəaliyyəti sayəsində çox uğurla inkişaf edir. Bunun sayəsində biz ən effektiv Bəyazflora məhsullarını yaratmaq üçün ən son elmi araşdırmaları və zamanla sınaqdan keçmiş qədim xalq təbabəti reseptlərini uğurla birləşdiririk.
Mümkün qədər çox insan üçün sərfəli qiymətə keyfiyyətli təbii vasitələrlə sağlamlığını qorumaq və möhkəmləndirmək, eyni zamanda həyat keyfiyyətini yaxşılaşdırmaq imkanı yaratmaq bizim əsas məqsədimizdir.

İllər ərzində ən yaxşı inqrediyentlərin və reseptlərin diqqətlə seçimi aparılmışdır. Onlar qorunub saxlanılır, nəsildən-nəslə ötürülür və təkmilləşdirilir. Bəyazflora məhsulları tərəfindən alınan çoxsaylı sertifikatlar onların ən yüksək keyfiyyətinin, səmərəliliyinin və təhlükəsizliyinin təsdiqidir. İstehsal prosesimizin bütün zəruri beynəlxalq standartlara cavab verməsini təmin edirik.